Qelebə.az / Millimiz UEFA İnkişaf Turnirində mübarizə aparacaq

Millimiz UEFA İnkişaf Turnirində mübarizə aparacaq

Bu gün, 15:40

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 16-dan 18-dək Bakıda təlim-məşq toplanışı keçirib.

QELEBE.AZ xəbər verir ki, hazırlıq prosesini başa vuran millimiz UEFA İnkişaf Turnirində iştirak etmək üçün Maltaya yollanacaq.

Oktyabrın 19-dan 27-dək davam edəcək turnir çərçivəsində komandamız üç oyun keçirəcək.

Millimiz ilk oyununu oktyabrın 21-də Latviya yığmasına qarşı keçirəcək. Bakı vaxtı ilə saat 12:00-da başlayacaq görüş "Sentineri" stadionunda təşkil olunacaq.

Komandamız oktyabrın 23-də saat 15:30-da Malta, oktyabrın 26-da isə eyni saatda Litva yığması ilə qarşılaşacaq. Hər üç oyun "Sentineri" stadionunda keçiriləcək.

Turnirdə iştirak edəcək millimizin heyəti ilə aşağıda tanış ola bilərsiniz.

Nr.  Adı / Soyadı Klub
1 Sirac Quluzadə  Qarabağ FK
2 Qabil Həzizadə  Sumqayıt FK
3 Rəvan Rüstəmov  Sabah FK
4 Ayxan Əliyev  Sabah FK
5 Zeyd Çodarov  Qarabağ FK
6 Sənan Zeynallı  Qarabağ FK
7 Rasim Əliyev Ulduz FA
8 Amal Şıxkərimzadə  Sabah FK
9 Kənan Səfiyev  Ulduz FA
10 Kamil Bədirxanlı  Qarabağ FK
11 Muhəmməd Hümbətzadə Ulduz FA
12 Ayxan Rüstəmli  Ulduz FA
13 Hüseyn Novruzlu  EFA
14 Nihat Bəylərli  Ulduz FA
15 Zəfər İbrahim  Qarabağ FK
16 Cəbrayıl Əkbərov Ulduz FA
17 Cavid Allahverdi  Qəbələ İK
18 İmran Seyidbalayev Sumqayıt FK
19 Yusif Ağayev  Sabah FK
20 Onur Əmirzadə  Neftçi PFK
Geri qayıt