Azərbaycanın iki taekvondoçusu Qətərin paytaxtı Dohada keçiriləcək 6-cı “Qatar Open” beynəlxalq turnirində qüvvələrini sınayacaq.
QELEBE.AZ xəbər verir ki, oktyabrın 19-21-də təşkil olunacaq yarışda millimizin üzvləri Qaşim Maqomedov və Fuad Məhərləmli mübarizə aparacaqlar.
İdmançılarımız milli komandanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında Qətərə yollanıblar.
Hər iki taekvondoçumuz turnirdə 63 kq çəki dərəcəsində çıxış edəcək.
