Qelebə.az / Leao İstanbul derbisini buraxacaq

Leao İstanbul derbisini buraxacaq

Bu gün, 12:27

“Qalatasaray”ın futbolçusu Rafael Leao zədə səbəbindən “Fənərbaxça” ilə qarşılaşmada iştirak edə bilməyəcək.

Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Portuqaliyalı futbolçunun qasıq əzələsində yüngül və orta dərəcəli gərilmə aşkarlanıb.

Bildirilib ki, futbolçunun müalicəsinə başlanılıb və vəziyyəti gündəlik müayinələrlə izləniləcək. Leao UEFA Çempionlar Liqasında “Lill”lə görüşü də buraxacaq.

Xatırladaq ki, Leao “Gənclərbirliyi” ilə oyunda (1:0) zədələnib.

Qeyd edək ki, “Qalatasaray”la “Fənərbaxça” arasında İstanbul derbisi oktyabrın 26-da keçiriləcək.

Geri qayıt