Qelebə.az / Naxçıvan stadionu təmirə bağlanır? - “Araz-Naxçıvan”DAN MƏLUMAT

Naxçıvan stadionu təmirə bağlanır? - “Araz-Naxçıvan”DAN MƏLUMAT

Bu gün, 15:38

Son günlər mətbuatda Naxçıvan şəhər stadionunun təmirə bağlanacağı ilə bağlı xəbərlər yayılıb.

Hətta “Araz-Naxçıvan” qısa zamanda doğma şəhərinə köçəcəyi bildirilir.

“Apasport”a klubdan verilən məlumata görə, Muxtar Respublika təmsilçisinə bununla bağlı məlumat daxil olmayıb.

Buna səbəb stadionun klubun balansında olmamasıdır. Görülən işlərdən cavabdeh olan tərəf “Araz-Naxçıvan” deyil. 

İşi görən tərəfin isə kluba məlumat verməklə bağlı öhdəliyi yoxdur. Bu səbəbdən təmir-tikinti işlərinin klubla əlaqəsi yoxdur.

Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda ev oyunlarını Şamaxı şəhər stadionunda keçirir.

Geri qayıt