Qelebə.az / Tovuzda “Turan”ın oyununa böyük maraq

Tovuzda “Turan”ın oyununa böyük maraq

Bu gün, 17:58

“Turan” voleybol klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Mladost-Zaqreb” komandası ilə keçirəcəyi oyunu izləmək üçün yüzlərlə azarkeş Tovuz Olimpiya İdman Kompleksinin qarşısına toplaşır.

Apasport.az xəbər verir ki, azarkeşlər əvvəlcə qarşılaşmadan əvvəl təşkil olunan konsert proqramını izləyəcək, daha sonra isə arenanın qarşısında quraşdırılan böyük monitorlar vasitəsilə matça baxacaqlar.

Qeyd edək ki, Tovuzda ilk dəfədir bu səviyyəli beynəlxalq voleybol qarşılaşması ətrafında belə genişmiqyaslı tədbir təşkil olunur.

Geri qayıt