Qelebə.az / Entoni Teylor Türkiyədə MHK-nın yeni sədri oldu

Entoni Teylor Türkiyədə MHK-nın yeni sədri oldu

Bu gün, 20:14

Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) yeni sədrini müəyyənləşdirib.

Apasport.az xəbər verir ki, bu vəzifəyə ingiltərəli sabiq hakim Entoni Teylor təyin olunub.

Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.

O, istefa verən Ferhat Gündoğdunu əvəzləyib.

Buna qədər Türkiyədə elit hakimlər üzrə direktor vəzifəsində çalışan Teylor federasiyanın İdarə Heyətinin qərarı ilə yeni posta gətirilib.

MHK-nın üzvlüyünə isə Alan Snoddi, İqor Radoyiçiç və Barış Şimşek təyin ediliblər.

Qeyd edək ki, Entoni Teylor uzun illər İngiltərə Premyer Liqasında və UEFA-nın təşkil etdiyi beynəlxalq turnirlərdə hakimlik edib.

Geri qayıt