UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turundə "Barselona" ilə matçda (4:2) zədələnən PSJ-nin futbolçusu Xviça Kvaratsxeliyanın vəziyyəti bəlli olub.
QELEBE.AZ xəbər verir ki, cinah hücumçusunun sağ dizinin ön çarpaz bağı qopub.
Bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, yaxın günlərdə əməliyyat olunacaq.
****
10:29
UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Barselona”nı 4:2 hesabı ilə məğlub edən PSJ ciddi itki ilə üzləşib.
QELEBE.AZ xəbər verir ki, Paris təmsilçisinin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya matç zamanı zədələnib.
Fransa mətbuatının məlumatına görə, cinah hücumçusunun ön çarpaz və medial kollateral bağlarının zədələnməsi səbəbindən 9 ay yaşıl meydanlardan uzaq qala biləcəyi ehtimal olunur.
Qeyd edək ki, Kvaratsxeliya bu mövsüm PSJ-nin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.