“Bavariya”nın kapitanı Coşua Kimmix UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Arsenal”la keçiriləcək oyunu buraxacaq.
Apasport.az xəbər verir ki, futbolçunun 57 yaşlı atası Bertold Kimmix vəfat edib.
Bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Kimmix atasının vəfatı səbəbindən “Arsenal”la matçın iştirak ərizəsinə daxil edilməyib.