Bu gün futbol üzrə Azərbaycan I Liqasında VI tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
"Şahdağ Qusar" öz meydanında “Səbail"i sınağa çəkib. Görüş ev sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
"Xankəndi" isə "Mingəçevir"ə 0:1 hesabı ilə uduzub.
I Liqa
VI tur
15:00. “Şahdağ Qusar” – “Səbail” 1:0
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Asif Abdullayev, İslam Məmmədov
Binə qəsəbə stadionu
15:00. “Xankəndi” – “Mingəçevir” 0:1
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Safalı Ağayev, Namiq Bəkirov
Şamaxı OİK stadionu