Qelebə.az / “Kəpəz” məşqləri itkisiz davam etdirir

“Kəpəz” məşqləri itkisiz davam etdirir

Bu gün, 20:29

"Kəpəz" Misli Premyer Liqasının IX turunda "Şəfa" ilə səfər matçının hazırlığına başlayıb. 

QELEBE.AZ xəbər verir ki, komanda bu gün öncə fitnes zalda fiziki məşq edib.

Daha sonra Azər Məmmədovun yetirmələri meydançada texniki-taktiki tapşırıqları yerinə yetiriblər.

Komandada ümumi əhval-ruhiyyə yüksəkdir, zədəli futbolçu yoxdur. Yalnız yüngül ağrılar hiss edən Namik Ələskərov fitnes zalındakı məşqlə kifayətlənib. 

Qeyd edək ki, "Şəfa" - "Kəpəz" oyunu oktyabrın 24-də saat 16:30-da Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da baş tutacaq.

Geri qayıt