Qelebə.az / “Roma”nın kapitanı sıradan çıxdı - 2 ay oynamayacaq

“Roma”nın kapitanı sıradan çıxdı - 2 ay oynamayacaq

Bu gün, 14:42

“Roma” ciddi itki ilə üzləşib.

QELEBE.AZ xəbər verir ki, komandanın kapitanı Lorenzo Pelleqrini zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi sağ bud nahiyəsində zədə alıb. Onun 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, Pelleqrini UEFA Çempionlar Liqasında “Slovan Bratislava”ya qarşı keçirilən və “Roma”nın qələbəsi ilə başa çatan matçda zədələnib.

Geri qayıt