“Fənərbaxça”nın prezidenti Aziz Yıldırım İdarə Heyətinin iclasında diqqətçəkən açıqlama verib.
Apasport.az xəbər verir ki, o, may ayından sonra klubda olmayacağını bildirib:
“Bir daha İdarə Heyətinin iclasına gəlməyəcəyəm. Maydan sonra olmayacağam. Bu kluba sahib çıxın”.
Digər tərəfdən, Tanju Kaya “Fənərbaxça”nın borcunun 164 milyon avro təşkil etdiyini açıqlayıb. O, son üç ay ərzində borcun 84 milyon avro azaldığını bildirib.