Qelebə.az / “Qalatasaray”ın qapıçısı Fransa klubunun hədəfində

“Qalatasaray”ın qapıçısı Fransa klubunun hədəfində

Bu gün, 14:41

“Qalatasaray”ın qapıçısı Jankat Yılmaz karyerasını Fransada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Lill” 22 yaşlı qolkiperin xidmətində maraqlıdır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İddialara görə, Liqa 1 klubu türkiyəli qapıçı ilə danışıqlara başlayıb.

Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Yılmaz bu mövsüm bir oyunda meydana çıxıb və qapısından iki top buraxıb. O, Türkiyənin U-21 yığmasının da üzvüdür.

Geri qayıt