Qelebə.az / Azərbaycan millisi növbəti matçlarına çıxır - YENİLƏNİR

Azərbaycan millisi növbəti matçlarına çıxır - YENİLƏNİR

Bu gün, 09:31

Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.

QELEBE.AZ xəbər verir ki, bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək.

Yığma saat 12:45-də Andorra ilə qarşılaşacaq. Komanda günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Görüş saat 19:30-da başlayacaq.

Hər iki oyun Hövsan Yarış Kompleksində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib.

Geri qayıt