Qelebə.az / Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub

Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub

Dünən, 22:47

Gənclərdən ibarət Azərbaycan millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Qran-Pri turnirini beş medalla başa vurub.

Apasport.az xəbər verir ki, yarışın son günündə daha iki təmsilçimiz fəxri kürsüdə yer alıb.

Əli Qazıməmmədov (-90 kq) və Davud Namazlı (-100 kq) üçüncü yeri tutaraq bürünc mükafata sahib çıxıblar.

Xatırladaq ki, turnirin ilk günündə Vüsalə Hacıyeva (-57 kq) gümüş, Xədicə Qədəşova (-57 kq) və Hanna Zaytseva (-63 kq) isə bürünc medal qazanıblar.

Geri qayıt