Qelebə.az / "İmişli" üçün yubiley qələbəsi

"İmişli" üçün yubiley qələbəsi

Bu gün, 11:56

Misli Premyer Liqasının IX turunda “Şamaxı” ilə qarşılaşan “İmişli” yubiley qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Premyer Liqada 2-ci mövsümünü keçirən komanda 10-cu dəfə qalib gəlib – 2:1.

İmişlinin eyniadlı təmsilçisi 42-ci matçda 10-cu qələbəni bayram edib. Bunlardan 2-si ev, 8-i səfər oyununda əldə olunub.

“İmişli” turnirin tarixinə ən azı 10 qələbə qazanan 52-ci komanda kimi düşüb. Komandanın ilk uğuru 2025-ci il avqustun 31-də “Sabah”la səfər matçında əldə olunub – 1:0.

Geri qayıt