Qelebə.az / "Sabah"dan rekordun təkrarı

"Sabah"dan rekordun təkrarı

Bu gün, 12:56

Misli Premyer Liqasının arxada qalan hissəsi “Sabah”ın cəmi 1 qol buraxması ilə diqqət çəkir.

QELEBE.AZ xəbər verir ki, 8 oyunda orta hesabla 0,125 top buraxan paytaxt təmsilçisi turnirin tarixinin rekordunu təkrarlayıb.

1992-ci ildən keçirilən çempionatda ümumilikdə 5-ci, son 10 mövsümdə ilk dəfə bir komanda ilk 8 matçda yalnız 1 top buraxıb. Buna sonuncu dəfə 2016/17 mövsümündə “Qəbələ” nail olub.

2001/02 mövsümündə “Neftçi”nin imza atdığı rekordu 6 ildən sonra AZAL, 9 ildən sonra “Xəzər Lənkəran” təkrarlayıb.

Geri qayıt