Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz Haiti seçməsini sınağa çəkəcək.
Famil Xəlilovun yetirmələri saat 18:15-də Haiti yığmasına qarşı keçirəcək.
Görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Qeyd edək ki, U-15 millimiz daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili 3:1 hesabı ilə məğlub edib. Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.