Qelebə.az / “Baku Sportinq”in yeni baş məşqçisi müəyyənləşdi

“Baku Sportinq”in yeni baş məşqçisi müəyyənləşdi

Bu gün, 15:48

I Liqada çıxış edən “Baku Sportinq” klubunun yeni baş məşqçisi bəlli olub.

QELEBE.AZ xəbər verir ki, paytaxt təmsilçisinin sükanı arxasına Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Soltanov gətirilib.

Mütəxəssisin təyinatı ilə bağlı qərar ötən gün qəbul edilib.

Qeyd edək ki, paytaxt klubu I Liqada 6 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Geri qayıt