Qelebə.az / “Komo” bombardiri ilə müqaviləni yenilədi

“Komo” bombardiri ilə müqaviləni yenilədi

Bu gün, 17:24

İtaliyanın “Komo” klubu hücumçusu Anastasios Duvikasla yeni müqavilə imzalayıb.

QELEBE.AZ xəbər verir ki, yunanıstanlı futbolçunun yeni sözləşməsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

2025-ci ilin fevralından “Komo”nun formasını geyinən Duvikas indiyədək komandanın heyətində 68 matça çıxıb, 27 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, hücumçu ötən mövsüm 14 qolla komandasının ən yaxşı bombardiri olub. O, A Seriyasının bombardirləri siyahısında yalnız “İnter”in futbolçusu Lautaro Martinesdən (17 qol) geri qalaraq ikinci pillədə qərarlaşıb.

Geri qayıt