Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib.
QELEBE.AZ xəbər verir ki, təmsilçilərimiz Haiti seçməsini sınağa çəkib.
Famil Xəlilovun yetirmələri saat 18:15-də Haiti yığmasına qarşı keçirib.
Görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutub.
Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-15 millimiz daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili 3:1 hesabı ilə məğlub edib. Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.