Qelebə.az / Millimiz Haitiyə böyük hesabla uduzub

Millimiz Haitiyə böyük hesabla uduzub

Dünən, 21:45

Azərbaycanın U-15 millisi Bakıda keçirilən dünya çempionatı və festivalında növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Famil Xəlilovun yetirmələri Haiti yığması ilə qarşılaşıb.

Hövsan Yarış Kompleksinin 10A meydançasında keçirilən görüş rəqib komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-15 millimiz əvvəlki oyunlarda Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komandamız Avstraliyaya 1:3 hesabı ilə uduzub.

Geri qayıt