Qelebə.az / "World Winners Cup Alanya 2026": "Marafon" məğlub olub

"World Winners Cup Alanya 2026": "Marafon" məğlub olub

Bu gün, 14:46

Azərbaycanın çimərlik futbolu komandası "Marafon" İK "World Winners Cup Alanya 2026" turnirində növbəti oyununu keçirib.

QELEBE.AZ xəbər verir ki, ölkə təmsilçisi F qrupundakı ikinci matçında "Sunrise" (Kiyev, Ukrayna) kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 8:6. "Marafon" ilk turda Çinin TMS klubuna uduzub - 2:4.

Komanda Bolqarıstanın "Spartak" kollektivi ilə də üz-üzə gələcək.

Geri qayıt