Qelebə.az / Cüdo üzrə böyüklər arasında Abşeron-Xızı çempionatı keçiriləcək

Cüdo üzrə böyüklər arasında Abşeron-Xızı çempionatı keçiriləcək

Bu gün, 14:37

Oktyabrın 31-də cüdo üzrə böyüklər arasında Abşeron-Xızı çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

Yarış Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Turnirdə 13 klub və idman cəmiyyətini təmsil edən 74 cüdoçu mübarizə aparacaq.

Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

Geri qayıt