Qelebə.az / Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB

Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB

Dünən, 21:56

Azərbaycanın “Sabah” basketbol klubu bu gün FIBA Çempionlar Liqasında növbəti oyununu keçirib.

QELEBE.AZ xəbər verir ki, ölkə çempionu müntəzəm mövsümün III turunda Fransanın “Nanter 92” komandasını qəbul edib.

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma saat 20:00-da başlayıb.

"Bayquşlar" mövsümdə ilk qələbəsini əldə edib. Təmsilçimiz rəqibini 87:80 hesabı ilə məğlub etməyi bacarıb.

Qeyd edək ki, Azərbaycan çempionu ilk turda səfərdə Litvanın “Ritas” klubuna 73:82, ikinci turda isə Türkiyənin “Trabzonspor” komandasına 83:100 hesabı ilə uduzub.

FIBA Çempionlar Liqası

Müntəzəm mövsüm, III tur

27 oktyabr

20:00. “Sabah” – “Nanter 92” 87:80

Milli Gimnastika Arenası

Geri qayıt