“Barselona”nın futbolçusu Lamin Yamal “Qızıl top” (“Ballon d'Or”) mükafatını qazana bilməməsinə münasibət bildirib.
Apasport.az xəbər verir ki, ispaniyalı futbolçu gələcəkdə bu mükafata sahib çıxacağına inandığını vurğulayıb.
“Bir gün mənim də zamanım gələcək. Yaxşı şeylər zaman tələb edir və mən getdiyim yola inanıram. Tələsməyə ehtiyac yoxdur. Ümidim və özüməinamım böyükdür. Əminəm ki, bir gün növbə mənə də çatacaq”.
Yamal mükafatın qaliblərini təbrik edərək diqqətini “Barselona”nın uğurlarına yönəltdiyini bildirib:
“Qalibləri təbrik edirəm. İndi diqqətimi yenidən həqiqətən vacib olan məsələyə – “Barselona”nın yenidən qələbələr qazanmasına kömək etməyə yönəldirəm”.
Qeyd edək ki, 2026-cı il üzrə “Qızıl top” mükafatının qalibi İngiltərə millisinin və “Bavariya”nın hücumçusu Harri Keyn olub.