Qelebə.az / “Qarabağ” “Dinamo” ilə bacarmadı - YENİLƏNİB

“Qarabağ” “Dinamo” ilə bacarmadı - YENİLƏNİB

Bu gün, 11:56

"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə start verib.

QELEBE.AZ xəbər verir ki, komanda bu gün "Dinamo Zaqreb"in müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

II təsnifat mərhələsinin ilk oyunu "Azərsun Arena"da, saat 15:30-da başlayıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, tərəflər arasındakı cavab oyunu noyabrın 4-də keçiriləcək.

Geri qayıt