Qelebə.az / Qış Avropa Çempionatında mübarizəni dayandıran atlet Azərbaycan rekordunu yeniləyib

Qış Avropa Çempionatında mübarizəni dayandıran atlet Azərbaycan rekordunu yeniləyib

3-03-2023, 15:26

Azərbaycanın qadın atleti Yekaterina Sariyeva Türkiyənin İstanbul şəhərində keçirilən Qış Avropa Çempionatında mübarizəni dayandırıb.

Azərbaycan Atletika Federasiyasından “QELEBE.AZ”a verilən məlumata görə, 28 yaşlı idmançı üçtəkanla tullanma növü üzrə 13.55 m nəticə göstərib.

Sariyeva final mərhələsinə vəsiqə qazana bilməsə də, bu, onun qadınlar arasında Azərbaycan rekordunu yeniləməsi üçün yetərli olub.

Geri qayıt