19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında növbəti oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, Elgiz Kərəmlinin rəhbərlik etdiyi komanda Serbiya yığması ilə qarşılaşıb.
Görüş millimizin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, yığmamız ilk matçında Monteneqroya 2:7 hesabı ilə uduzub.