Qelebə.az / “Milan”dan 5 qol, “İnter”dən 4:4-lük heç-heçə - VİDEO

“Milan”dan 5 qol, “İnter”dən 4:4-lük heç-heçə - VİDEO

Bu gün, 07:38

İtaliya A Seriyasında XII turun növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, “Milan” doğma meydanda “Frozinone”ni 5:1 hesabı ilə məğlub edib.

Milan təmsilçisinin heyətində Qonsalu Ramuş, Ardon Yaşari, Alfa Co Sisse və Kristian Pulişiç fərqləniblər. Qonaqların futbolçusu Qabriele Kalvani isə avtoqol müəllifi olub.

Bu qələbədən sonra xallarının sayını 27-yə çatdıran “Milan” turnir cədvəlində dördüncü pilləyə yüksəlib.

Günün ən məhsuldar qarşılaşması isə Berqamoda baş tutub. “Atalanta” ilə “İnter” arasında keçirilən görüş 4:4 hesablı heç-heçə ilə yekunlaşıb.

Qonaqların heyətində Françesko Pio Espozito het-trik edib. Digər qolu Petar Suçiç penaltidən vurub. “Atalanta”nın heyətində Şarl de Ketelare iki dəfə fərqlənib, Elif Elmas və Frank Kessie isə hərəyə bir qol vurublar. Meydan sahibləri sonuncu qolu əsas vaxta əlavə olunmuş dəqiqələrdə penaltidən vuraraq məğlubiyyətdən xilas olublar.

Bu nəticədən sonra “İnter” 29 xalla üçüncü pillədə qərarlaşıb. Komanda lider “Latsio”dan 3, ikinci yerdəki “Roma”dan isə 1 xal geri qalır.

“Yuventus” da turu böyükhesablı qələbə ilə başa vurub. Turin təmsilçisi “Venetsiya”nı 4:0 hesabı ilə məğlub edərək 21 xalla altıncı pilləyə yüksəlib.

İtaliya A Seriyası, XII tur

22 noyabr

“Yuventus” – “Venetsiya” 4:0

“Bolonya” – “Udineze” 1:1

“Sassuolo” – “Cenoa” 0:2

“Milan” – “Frozinone” 5:1

“Atalanta” – “İnter” 4:4

Geri qayıt