“Real” daha bir futbolçusu ilə müqaviləni uzadıb.
Apasport.az xəbər verir ki, “kral klubu” yarımmüdafiəçi Brahim Diasla anlaşıb.
Bu barədə İspaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2031-ci ilin yayına kimi nəzərdə tutulub.
Mərakeş millisinin üzvü bu mövsüm 9 oyunda 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Real” daha əvvəl Arda Güler, Orelyen Çuameni və Tibo Kurtua ilə müqaviləni uzadıb.