Qelebə.az / Birinci Divizionda çıxış etmək üçün Region Liqası komandalarına qoyulan tələb ləğv olunub

Birinci Divizionda çıxış etmək üçün Region Liqası komandalarına qoyulan tələb ləğv olunub

7-03-2023, 13:27

Futbol üzrə I Divizionda çıxış etmək üçün Region Liqasında 3 illik fəaliyyət tələbi ləğv olunub.

“QELEBE.AZ” xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.

O, I Divizionda çıxış üçün xüsusi kriteriyaların ayrıldığını bildirib: “Region Liqasında bir il oynayan komandanın da I Diviziona gəlmək ehtimalı olacaq. Onlara hansısa dəstək verilsə, bunun reallaşma ehtimalı var. İcra hakimiyyəti və ya digər dəstəkçilər kömək ola bilərlər”.

Geri qayıt