Qelebə.az / Canni De Byazi İtaliya mətbuatında çıxan fikirlərinə aydınlıq gətirib

Canni De Byazi İtaliya mətbuatında çıxan fikirlərinə aydınlıq gətirib

9-03-2023, 14:07

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatında çıxan müsahibəsinə aydınlıq gətirib.

67 yaşlı mütəxəssis "Report"a açıqlamasında fikirlərinin təhrif olunduğunu bildirib.

"Mən heç bir KİV-ə hazırkı müqaviləmin müddəti bitdikdən sonra sözləşməni uzatmayacağımı deməmişəm. Söylədim ki, dekabrın 1-dək müqaviləm var və bu, bitdikdən sonra AFFA ilə gələcək əməkdaşlığı müzakirə edəcəyəm. Yalnız bundan sonra mənim yığmanın sükanı arxasında qalıb-qalmayacağım bəlli olacaq", - deyə De Byazi vurğulayıb.

Qeyd edək ki, Canni De Byazi İtaliya mətbuatına müsahibə vermişdi.

Geri qayıt