Qelebə.az / Bir təqvim ilində ən çox qol vuran müdafiəçilərin siyahısı açıqlanıb

Bir təqvim ilində ən çox qol vuran müdafiəçilərin siyahısı açıqlanıb

14-03-2023, 09:16

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bir təqvim ilində ən çox qol vuran müdafiəçilərin adlarını açıqlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda il ərzində 20 və daha çox qol vuran arxa xətt oyunçuları yer alıb.

XXI əsrdə bunu reallaşdıran hələlik yeganə müdafiəçi Ceyms Tavernierdir. Şotlandiyanın “Reyncers” klubunda çıxış edən ingiltərəli futbolçu 2022-ci ildə aktivinə 22 top yazdırıb.

Siyahıya argentinalı Daniel Passarella başçılıq edir. O, 1976-cı ildə rəqib qapılarına 27 dəfə yol tapıb.

Futbolçu

İl

Ölkəsi

Klubu

Qol

1

Daniel Passarella

1976

Argentina

“River Pleyt”

27

2

Ronald Kuman

1987

Niderland

PSV

26

3

Edqardo Bauza

1980

Argentina

“Rosario”

23

4

Ceyms Tavernier

2022

İngiltərə

“Reyncers”

22

5

Ronald Kuman

1989

Niderland

PSV, “Barselona”

22

6

Ronald Kuman

1994

Niderland

“Barselona”

21

7

Edqardo Bauza

1981

Argentina

“Rosario”

21

Geri qayıt