Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
"QELEBE.AZ"un məlumatına görə, 65 kq-da çıxış edən idmançı yarımfinalda fransalı İris Matilda Tiboya 6:3 hesabı ilə qalib gəlib. O, həlledici görüşdə rumıniyalı Amina Kapezanı sınağa çəkəcək.
53 kq-dakı Gültəkin Şirinova finala gedən yolda türkiyəli Zeynep Yetgilə 0:5 hesabı ilə uduzub. O, bürünc medal uğrunda qarşılaşmada Mariana Draqatun (Moldova) - Çadiya Ayaçi (Fransa) cütünün qalibi ilə görüşəcək.
57 kq-da yer alan Jalə Əliyevanın təsnifatda məğlub olduğu ukraynalı Aleksandra Xomenets finala yüksəldiyindən Azərbaycan təmsilçisi təsəllivierici görüşlərə qatılmaq hüququ əldə edib. Onun rəqibi bolqarıstanlı Nazife Mustafa Tahir olacaq.
Azərbaycanın iki qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
"QELEBE.AZ" xəbər verir ki, 53 kq-dakı Gültəkin Şirinova və 65 kq-dakı Birgül Soltanova bu raundadək irəliləyə bilib. Şiriona finala gedən yolda türkiyəli Zeynep Yetgillə, Soltanova isə fransalı İris Matilda Tibo ilə güləşəcək.
57 kq-dakı Jalə Əliyeva təsnifatda ukraynalı Aleksandra Xomenetsə məğlub olub. O, rəqibi finala çıxsa, sabah təsəlliverici görüşə qatılacaq.
68 kq-dakı Nigar Mirzəzadə təsəlliverici görüşdə polşalı Karolina Kozlovskaya qalib gəlib. Mirzəzadə bürünc medal uğrunda macarıstanlı Karolina Pokla qarşılaşacaq. Bu gün, həmçinin, 55 kq-dakı Elnurə Məmmədova bürünc medal uğrunda qarşılaşmada Mihaela Samoillə (Moldova) üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb.