Qelebə.az / “UFC-286” turniri: Rafael Fiziyev ABŞ təmsilçisinə məğlub olub

“UFC-286” turniri: Rafael Fiziyev ABŞ təmsilçisinə məğlub olub

19-03-2023, 05:03

İngiltərənin paytaxtı Londonda “UFC-286” turnirində yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziyev və ABŞ təmsilçisi Castin Geyci arasında gözlənilən döyüş baş tutub.

“Report”un məlumatına görə, döyüş hakimlərin 3 raundun yekunundan sonra verdiyi qərara əsasən Castin Geycinin qələbəsi ilə başa çatıb.

ABŞ təmsilçisi bununla çempionluq uğrunda mübarizəni davam etdirmək imkanı əldə edib.

Geri qayıt