Qelebə.az / Ruslan Lunyov Dünya Kubokunda gümüş medal qazanıb

Ruslan Lunyov Dünya Kubokunda gümüş medal qazanıb

22-03-2023, 20:22

Hindistanda keçirilən Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) Dünya kubokundan atıcımız Ruslan Lunyov gümüş medal qazanıb.

“Report”un əldə etdiyi məlumata görə, o, pnevmatik tapançadan 10 m məsafəyə atəş açmada ikinci olub.

Qeyd edək ki, yarışın qalibi adını hindistanlı Sarabjot Sinq qazanıb. Bürünc medalı da onun həmyerlisi Varun Tomar əldə edib.

Geri qayıt