Qelebə.az / Uels millisi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

Uels millisi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

13-09-2022, 12:30

Futbol üzrə Uels millisinin baş məşqçisi Robert Peycin müqavilə müddəti uzadılıb.

"Report" Uels Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı il dünya çempionatınadək nəzərdə tutulub.

Qeyd edək ki, Robert Peyc 2020-ci ildən yığmaya rəhbərlik edir. Peyc bu postda Rayan Giqqzi əvəzləyib. Uels bu il Qətərdə keçiriləcək dünya çempionatında İngiltərə, İran və ABŞ-la birlikdə B qrupunda yer alacaq.

Geri qayıt