Qelebə.az / Marsel Sabitser: "Azərbaycan millisinin də güclü tərəfləri var"

Marsel Sabitser: "Azərbaycan millisinin də güclü tərəfləri var"

25-03-2023, 09:41

"İlk dəqiqələrdən mübarizə apardıq. Rəqibin də güclü tərəfləri var".

"QELEBE.AZ"un məlumatına görə, bunu Avstriya yığmasının futbolçusu Marsel Sabitser evdə Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.

İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən 29 yaşlı yarımmüdafiəçi nəticədən razı qaldığını bildirib: "Görüşün əvvəlləri istədiyimiz kimi alınmasa da, sonrada öz oyunumuzu tapdıq. Seçmə mərhələyə 4:1 hesablı qalibiyyətlə başlayırsınızsa, nəticədən razı qala bilərsiniz. Rahat qələbə qazandığımız üçün çox şadam. Fikrimcə, üzərimə düşən vəzifəni yerinə yetirə bildim".

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də Solnada İsveçə qarşı keçirəcək.

Geri qayıt