Qelebə.az / "Malyorka"nın futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq

"Malyorka"nın futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq

26-03-2023, 11:51

İsveç yığmasının futbolçusu Lüdviq Auqustinsson evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.

"Report"un məlumatına görə, buna 29 yaşlı sol cinah müdafiəçisinin Belçikaya 0:3 hesabı ilə uduzduqları matçda zədələnməsi səbəb olub.

Yığmanın düşərgəsini tərk edən İspaniya "Malyorka"sının üzvünü İngiltərənin "Uotford" klubunun futbolçusu Ken Sema əvəzləyib.

Qeyd edək ki, martın 27-də Solna şəhərində keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Geri qayıt