Türkiyənin "Trabzonspor" klubunun yeni prezidenti müəyyənləşib.
"QELEBE.AZ"un klubun rəsmi saytına istinadən məlumatına görə, bu vəzifəyə Ertuğrul Doğan seçilib.
O, Qara dəniz təmsilçisinin 18-ci prezidenti olub.
Qeyd edək ki, yeganə namizəd olan Doğan bu postda Ahmet Ağaoğlunu əvəzləyib.