Qelebə.az / "Barselona" Serxio Busketsə yeni müqavilə təklif edib

"Barselona" Serxio Busketsə yeni müqavilə təklif edib

28-03-2023, 17:48

İspaniya "Barselona"sı futbolçusu Serxio Busketsə yeni müqavilə təklif edib.

"QELEBE.AZ" "DirectoGol" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi sözləşməni imzalasa, illik məvacibi 75 faiz azalacaq.

Bu isə o deməkdir ki, hazırkı maaşı 30 milyon avro olan təcrübəli oyunçu yeni müqaviləyə qol çəkdikdən sonra hər mövsüm üçün təqribən 7-8 milyon avro qazanacaq.

Kataloniya klubunun yetirməsi hələlik təklifə cavab verməyib.

Qeyd edək ki, Serxio Buskets 2008-ci ildən "Barselona"nın əsas komandasında çıxış edir.

Geri qayıt