Qelebə.az / Azərbaycan millisi seçmə mərhələni böyükhesablı məğlubiyyətlə başa vurub

Azərbaycan millisi seçmə mərhələni böyükhesablı məğlubiyyətlə başa vurub

28-03-2023, 18:02

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

"Report"un məlumatına görə, yığma Bosniya və Herseqovinada baş tutan matçda Monteneqro kollektivi ilə qarşılaşıb.

Görüş rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin yeganə qolunu 34-cü dəqiqədə Ayşən Salamzadə vurub.

Beləliklə, II qrupda keçirdiyi 3 oyundan ikisində uduzub, birində qalib gələn yığma seçmə mərhələni 3-cü pillədə başa vurub.

Geri qayıt