Qelebə.az / Azərbaycan Basketbol Federasiyasının prezidenti Parisdə həmkarı ilə görüşüb

Azərbaycan Basketbol Federasiyasının prezidenti Parisdə həmkarı ilə görüşüb

29-03-2023, 12:42

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Fransaya səfəri zamanı yerli basketbol federasiyasındakı həmkarı Jan-Pyer Siyuta ilə görüş keçirib.

ABF-dən “QELEBE.AZ”a verilən məlumata görə, Parisdə baş tutan görüş zamanı iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsinin aparılması və qarşıdakı planlar barəsində söhbət olub.

Sonda tərəflər bir-birilərinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, mayda Almaniyanın Münhen şəhərində keçiriləcək seçkilərdə FİBA-nın Avropa üzrə prezidentliyinə iki namizəddən biri məhz Jan-Pyer Siyutadır.

Geri qayıt