Qelebə.az / Kvaratsxeliya "Napoli" ilə yeni müqavilə imzalayacaq

Kvaratsxeliya "Napoli" ilə yeni müqavilə imzalayacaq

29-03-2023, 15:36

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya İtaliya "Napoli"si ilə yeni müqavilə imzalayacaq.

"QELEBE.AZ" "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı hücumameylli yarımmüdafiəçi sözləşməsinin müddətini 2028-ci ilin yayınadək uzadacaq.

Yeni anlaşmaya əsasən, gənc vingerin illik məvacibi 2,5 milyon avro təşkil edəcək. Bonuslarla birlikdə bu məbləğ 4 milyon avroya çatacaq.

Hazırda müqavilənin son detalları müzakirə olunur. Sözləşməyə futbolçunun sərbəstqalma məbləği salınmayacaq. Bununla belə, Neapol təmsilçisinin Kvaratsxeliyanı 2024-cü ildən tez olmayaraq, 100 milyon avrodan aşağı qiymətə satmayacağı bildirilib.

Qeyd edək ki, gürcüstanlı yarımmüdafiəçi 2022-ci ilin yayından "Napoli"də çıxış edir. O, cari mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 14 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt