Qelebə.az / Azərbaycanın MMA döyüşçüsü 20 saniyəyə nokautla qalib gəlib - VİDEO

Azərbaycanın MMA döyüşçüsü 20 saniyəyə nokautla qalib gəlib - VİDEO

1-04-2023, 10:33

Azərbaycanın MMA döyüşçüsü Mehman Məmmədov Yaponiyanın Osaka şəhərində keçirilən "Rizin 41" turnirində qələbə qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, o, yerli idmançı Yusaku Nakamura ilə qarşılaşıb.

Məmmədov rəqibinə cəmi 20 saniyəyə nokautla qalib gəlib.

Döyüşçü açıqlamasında ona yenidən şans verdiyi üçün Rizin təşkilatına təşəkkür edib: "Daha yaxşı mübarizə apararaq burada qalmaq istəyirəm. Bu, tək mənim yox, bütün Azərbaycanın qələbəsidir".

Qeyd edək ki, bu gün Vüqar Kərəmov "Rizin 41"də yaponiyalı Yoşinori Horie ilə üz-üzə gələcək.

WOW️

Mehman Mamedov closes the show with one of the fastest KOs in RIZIN history - just under 20 seconds!

[ #RIZIN41 |@FiteTV | Watch the PPV here: https://t.co/1L6w5XNsI4 ] pic.twitter.com/teHVh9iX1H

— RIZIN FF English (@rizin_English) April 1, 2023
Geri qayıt