Qelebə.az / AVRO-2025-ə ev sahibliyi edəcək ölkə bəlli olub

AVRO-2025-ə ev sahibliyi edəcək ölkə bəlli olub

4-04-2023, 20:56

Qadın futbolçular arasında 2025-ci il Avropa çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub.

"QELEBE.AZ" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnir İsveçrədə keçiriləcək.

Qərar qitə futbol qurumunun İcraiyyə Komitəsinin Portuqaliyanın paytaxtı Lissabonda baş tutan iclasında qəbul edilib.

16 komandanın iştirak edəcəyi turnir 2025-ci ilin yayında İsveçrənin səkkiz məkanında gerçəkləşəcək.

Geri qayıt