Qelebə.az / Azərbaycan millisinin üzvü: "Minadan əziyyət çəkənlər böyük əzmlə futbol oynayırlar"

Azərbaycan millisinin üzvü: "Minadan əziyyət çəkənlər böyük əzmlə futbol oynayırlar"

5-04-2023, 12:00

"Bizim komandamızın əksər üzvləri minadan əziyyət çəkmiş vətandaşlardır. Buna baxmayaraq, böyük əzm və həvəslə oynayırlar".

Bunu "Report"a açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və AFFA-nın birgə təşkilatçılığı ilə amputant futbolçular arasında keçirilmiş oyunun iştirakçısı Kənan Pirizadə deyib.

"Qarabağ" amputant klubunun və millinin üzvü tədbirin çox gözəl təşkil olunduğunu deyib: "Göstərmək istəyirik ki, amputasiyası olmuş hər bir Azərbaycan vətəndaşı idmanla məşğul ola bilər. Biz bunun cari nümunəsiyik".

Pirizadə idmanın sağlamlıq olduğunu söyləyib: "Daha əvvəl yanaşmamız fərqli idi. Amma amputasiya olunandan sonra idmana başqa mövqedən baxdıq. Minadan zərər çəkmiş insanlar idmanla məşğul olmalıdırlar".

Geri qayıt