Qelebə.az / AVRO-2024-ün final mərhələsi üçün biletlərin satışa çıxarılacağı tarix açıqlanıb

AVRO-2024-ün final mərhələsi üçün biletlərin satışa çıxarılacağı tarix açıqlanıb

5-04-2023, 17:17

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunları üçün biletlərin satışa çıxarılacağı tarix müəyyənləşib.

“QELEBE.AZ” “Sky Sports”a istinadən xəbər verir ki, bu barədə məlumat UEFA-nın Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Konqresində açıqlanıb.

Bildirilib ki, bilet satışına bu il oktyabrın 3-də başlanılacaq. Biletlərin qiyməti dörd kateqoriyadan ibarət olacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2024-cü il 14 iyun – 14 iyul aralığında keçiriləcək.

Geri qayıt