Qelebə.az / Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

14-09-2022, 15:00

Futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti dəfə təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Niderland və Kosovo yığmaları arasında keçiriləcək DÇ-2024-ün Avropa zonası üzrə seçmə oyununda iş başında olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 18-də gerçəkləşəcək.

Geri qayıt